Menu

BMT Təhlükəsizlik Şurasında Krımdakı vəziyyət müzakirə olunacaq

11.08.2016, 22:31
BMT Təhlükəsizlik Şurasında Krımdakı vəziyyət müzakirə olunacaq

Təhlükəsizlik Şurasında Ukraynanın sorğusu əsasında Krımdakı vəziyyət müzakirə ediləcək.

APA-nın məlumatına görə, bu barədə Ukrayna missiyasının “Twitter” səhifəsində yer alan xəbərdə deyilir.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror aktlarının qarşısının alındığını bəyan edib.

“Röyters” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, toplantıda Rusiya ilə Ukrayna arasında gərginliyin artması məsələsi müzakirə olunacaq.

İclas qapalı keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol