Taylandın cənubunda yerləşən populayr kurort bölgəsində ardıcıl iki partlayış törədilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Polisin məlumatına görə, partlayıcı qurğular bir-birindən 50 metr aralıda olan gül ləklərinə yerləşdirilib və yarım saat ərzində mobil telefon vasitəsiylə işə salınıb.
Yaralılar arasında bir neçə xarici turist də var.


Şərhlər