Menu

Rus bombardmançıları Raqqanı vurur

12.08.2016, 10:56
Rus bombardmançıları Raqqanı vurur

Rusiyanın uzaqmənzilli bombardmançıları İslam Dövləti (İŞİD) qruplaşmasının de fakto paytaxtı Raqqaya zərbələr endirir. Məlumatı Rusiya rəsmiləri yayıb. Mühasirədə olan Hələb şəhərində şiddətli döyüşlər isə davam edir.

Rusiya BMT-nin Hələbə yardım çatdırmasından ötrü dəhliz ayırmışdı. Amma BMT bunu yetərsiz saydı.

Suriyalı fəalların məlumatına görə, avqustun 11-də Raqqaya endirilmiş zərbələr azı 20 dinc sakinin həyatına son qoyub.

Hələbə isə avqustun 11-də hökumət qüvvələrinin endirdiyi zərbələrdən azı 2 nəfər ölüb.

Zərbələr şəhərin şərqində Zabadieh bölgəsinə endirilib. Azı dörd çəllək bombasının atıldığı, onlardan birinin xlor qazı buraxdığı bildirilir.

2011-ci ilin martında Suriya münaqişəsi başlanandan 290 min nəfər həlak olub, milyonlarla insan evindən didərgin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol