Menu

“Qanun” Nəşriyyat Evində aparılan axtarışla bağlı apellyasiya şikayətinə baxılıb

12.08.2016, 14:47
“Qanun” Nəşriyyat Evində aparılan axtarışla bağlı apellyasiya şikayətinə baxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Qanun” Nəşriyyat Evində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Vəkil qərardan şikayət edəcəklərini deyib.

Qeyd edək ki, iyunun 11-də polis əməkdaşları “Qanun” nəşriyyat evində axtarış aparıblar. Polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.

Həmin axtarışın qanunsuz hesab edilməsi ilə bağlı nəşriyyat Xətai rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol