Menu

Daşınmaz əmlak bazarında iyulda cüzi artım var

13.08.2016, 09:30
Daşınmaz əmlak bazarında iyulda cüzi artım var

Bakının daşınmaz əmlak bazarında 2016-cı il iyul aylnda qiymətlər iyun ayı ilə müqayisədə 0,08 fazi artıb. Bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, uzun müddətdən sonra indi qiymətlərdə cüzi artım hiss olunub: "İlin əvvəli ilə müqayisədə qiymətlər 25,58 fazi azalıb, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 29,1 faiz azalıb".

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlərin artmasına ümumilikdə kommersiya obyektləri, eləcə də mənzil və obyektlərin kirayə bazarındakı qiymət artımı təsir edib.

N.İbrahimov qeyd edib: “Kommersiya obyektləri bazarında iyul ayında qiymətlər 3,61 fazi artıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 16,8 az, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 20,16 fazi azdır. Mənzillərin kirayə bazarında bu ay qiymətlər 1,2, obyektlərin kirayəsi bazarında isə 7,82 fazi artıb. Bu göstəricilər ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 29,2 və 26,44 fazi azalıb".процента соответственно”.

Ekspert bildirib ki, ilkin və təkrar mənzil bazarında, eləcə də torpaq bazarında müvafiq olaraq 1,71 fazi, 2,21 fazi və 0,41 fazi azalma müşahidə olunub.

N.İbrahimov həmçinin vurğulayıb ki, yay aylarında həmiş əmlak bazarında qiymətlərdə azalma müşahidə olunur: "Düşünürəm avqustda biz bu bazrda yenidən azalma müşahidə edəcəyik. Lakin payız aylarından başlayaraq nisbi artım gözlənilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol