Ötən gün Azərbaycanda oğurluqla məşğul olan bir neçə şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Çingiz İsmayılova məxsus həyətyanı sahədən 180 kiloqram fındıq oğurlamış Tel kənd sakini Elşən Əsədov saxlanılıb.
Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 11-də Bakı şəhər sakini Nəriman Quliyevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Kabil Seyidov tutulub.

Şərhlər