Menu

Rusiya, Ukraynada lazer silahını sınayıb! - Ukrayna sərhəd xidməti

14.08.2016, 11:11
Rusiya, Ukraynada lazer silahını sınayıb! - Ukrayna sərhəd xidməti

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Rusiya tərəfi Ukrayna sərhədçiləri üzərində qadağan olunmuş lazer silahını sınaqdan keçirib.

Ukrayna dövlət sərhəd xidmətinin rəhbəri Viktor Nazarenko «İnterfaks Ukrayna» agentliyinə verdiyi müsahibədə bildirib ki, bu hadisə Donetsk vilayətinin «Marinka» sərhəd nəzarət-keçid məntəqəsində baş verib. Ukrayna sərhədçiləri burada binoklla müşahidə aparıblar. Nazarenkonun sözlərinə görə, bu zaman Rusiya tərəfi beynəlxalq konvensiya ilə qadağan olunmuş lazer qurğusundan istifadə edib. Nəticədə, Ukrayna sərhəd xidmətinin 3 nəfər hərbçisi «göz torunun yanığı» zədəsi alıb. Həkimlər onların görmə qabiliyyətini qismən bərpa edə biliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol