Menu

Evakuator avtomobili cərimə meydançasına aparıb - İçində də körpə!

14.08.2016, 15:23
Evakuator avtomobili cərimə meydançasına aparıb - İçində də körpə!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kazan şəhərində evakuator düzgün parklanmamış avtomobili cərimə meydançasına aparıb. Maşının arxa oturacağında isə 6 aylıq körpə olub.

Evakuasiya xidməti əməkdaşları uşağı görməyiblər, çünki avtomobilin şüşələri «tonlaşdırılmış» olub. Uşağın anası cərimə meydançasına gəlib və izah edib ki, maşından cəmi bir-iki dəqiqəliyə aralaşıb, ayaqyoluna girib. Amma yol polisi əməkdaşları təsdiqləyirlər ki, maşından götürülən zaman uşaq bərk istidən əzab çəkmiş kimi görünürmüş.

Hədd-buluğa çatmamışların işi üzrə müfəttişləri dayanacağa dəvət ediblər, Onlar qadının izahatını alıblar. Yaxın zamanda onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll olunacaq. Bu barədə xəbəri yerli «Prokazan.ru» saytı yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol