Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, iranlı legioner 1/8 finalda ABŞ təmsilçisi Robert Timoti Devid Smitlə üz-üzə gəlib.
Görüş Şəriətinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:2. 1/4 finalda Azərbaycan güləşçisinin rəqibi türkiyəli ikiqat dünya və 5 qat Avropa çempionu Rıza Kayaalp olacaq.

Şərhlər