«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, sabiq birinci ledinin seçki kampaniyasına vəsait toplanması üçün təşkil olunmuş tədbirdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton böhranların öhdəsindən gəlməyi və çətin qərarlar qəbul etməyi bacarır.
Obama özü hazırda məzuniyyətdədir, amma o, Martas-Vinyard adasında (Massaçusets ştatı) ailəsinin istirahət etdiyi ünvanın yaxınlığında yerləşən və Klintonun seçki kampaniyasına sponsorluq edən şirkətlərlə görüşmək qərarına gəlib.
«Nə qədər ki, prezident kreslosunda əyləşməmisiniz, ölüm-dirim qərarları qəbul etməyə başlamamısınız, nə qədər ki, milyonların həyatına təsir göstərə biləcək gənc oğlan və qızları müharibəyə göndərmək və ya böhranların qarşısını almaq barədə qərarlar qəbul etməmisiniz, siz özünüzü necə aparacağınızı bilməyəcəksiniz. Sizə deyə bilərəm - mən, yaxşı bilirəm ki, Hillari bütün bunlara necə reaksiya verəcək. Mən, ciddi təzyiqlər altında onun necə hərəkət etdiyini görmüşəm» - deyə, Obama qeyd edib.
Onun sözlərinə görə, Klintonu gözəl natiq adlandırmaq olmaz. «Amma o, həmin işləyə biləcək insandır...» - deyə, Obama təsdiqləyib.
İstisna deyil ki, ABŞ prezidentinin bu sözləri, Donald Trampın Hillari Klinton haqqında söylədiyi «terrorçuluqla mübarizə üçün onda mənəvi və fiziki təmkin çatışmır» fikirə cavabdır.
«Doğrusu, mən Hillarinin rəqibi barədə danışmaqdan usanmışam. Çünki hər dəfə çıxış edərkən o, özü-özünə zərər vurur» - deyə, Obama əlavə edib.


Şərhlər