Menu

Hüseyn Bağırov Ağdaşda vətəndaşları - Qəbul edəcək

16.08.2016, 16:10

huseyn bagirovQəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş avqustun 26-da saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) olacaq.

Qəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Ağdaş şəhəri, Heydər Əliyev Prospekti 1) müraciət edə (əlaqə telefonları: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol