Menu

Monqolustan Tugriki dünyanın ən pis pul vahidi oldu - Ölkə çökür

16.08.2016, 18:40
Monqolustan Tugriki dünyanın ən pis pul vahidi oldu - Ölkə çökür

Monqolustan Tugriki Avqust ayında dünyanın ən pis performansını göstərən pul vahidi olub. İqtisadiyyatın böhranın pəncəsində olduğunu etiraf edən hökumət səlahiyyətliləri, iqtisadiyyatı sabitliyə qovuşdurmaq üçün yollar axtarır.

"Marja" xəbər verir ki, Tugrik, dollar qarşısında ardıcıl 22 gün düşərək, paytaxt Ulan Batur saatı ilə 17:05-də 1993-cü ildən bu yana görülən ən aşağı səviyyə olan 2243.50 səviyyəsindən əməliyyat olunub.

Tugrik, Avqust ayında dollar qarşısında 7.8 dəyər ucuzlaşaraq Bloomberg tərəfindən izlənilən 154 ölkə pulu arasında ən pis performans göstərən pul vahidi olub. Moqolustan pulunun 2016-cı ildəki cəmi itkiləri təxminən 11% olub.

Monqolustan pulunun ucuzlaşmasına düşən əmtəə qiymətləri, Çindəki iqtisadi yavaşlama və xarici sərmayəçilərin ölkəyə sərmayə əleyhdarı və qeyri-sabit siyasətlər səbəbilə azalan marağı səbəb olub. Baş nazir Erdenebat Jargaltulga, Çərşənbə axşamı günü etdiyi açıqlamasına görə, xərclərin azaldılması və xarici sərmayəçilərə qarşı ölkənin cazibəsini artırmağı nəzərdə tutan xilasetmə paketinin tətbiqinə başlanacaq.

Maliyyə naziri Choijilsuren Battogtokh ötən həftə etdiyi bir şərhdə, "Dərin bir böhran mühitindəyik. Maaşları ödəyə bilməyəcəyimiz və dövlət dairələrinin fəaliyyət xərclərini qarşılaya bilməyəcəyimiz bir nöqtəyə gəldik. Eyni şəkildə sərhədlərimizin təhlükəsizliyini və milli təhlükəsizliyimizi təmin edən Monqol silahlı qüvvətlərinin fəaliyyət xərclərini də qarşılaya bilməz vəziyyətdəyik" deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol