Menu

Aslan İsmayılov nazirliyə təşəkkür etdi - "Cavab qaneedicidir"

16.08.2016, 23:48

Aslan-ISM"11 avqust tarixində Xəzər dənizinin hasarlanması, hasarlanmamış cüzi hissəsinə isə çirkab sularının axıdılması ilə bağlı yazı paylaşdım. Həmin yazıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AZƏRSU ASC-ni suçlamışdım. Elə həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ittihamlara ətraflı cavab verib, bu sahədə gördükləri işlərə və çirkab sularının Xəzər Dənizinə axıdılmasına aydınlıq gətirib. Verilmiş cavab bütün vətəndaşları qane edəndir".

"AzPolitika"nın məlumatına görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün bugünkü Facebook statusunda yazıb. Həmişə tənqidi çıxışlarını izlədiyimiz A.İsmayılov bu dəfə "vətəndaşların şikayətinə bu cür ətraflı cavaba görə" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

"Qane etməyən isə həqiqətən büdcə pullarını talayan, Xəzəri çirkaba batıran, Azərbaycanda turizmə əngəl olan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabından da göründüyü kimi, rəsmi dövlət strukturlarını da saymayan cavabdeh təşkilatlar - AZƏRSU ASC, Bibiheybətneft, Bibiheybət Gəmi Təmiri zavodu, Bakı şəhər və Səbail rayon icra hakimiyyətləri və sahil boyunda yelrəşən bir sıra iaşə obyektəridir", deyə A.İsmayılov, Facebook səhifəsinin izləyicilərini bu sahəyə diqqət yetirməyə səsləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol