Menu

​İŞİD terrorçuları təslim oldular

17.08.2016, 09:00
​İŞİD terrorçuları təslim oldular

İŞİD terror təşkilatının yaraqlıları Suriyanın müxalifət qüvvələri tərəfindən mühasirəyə alınan Mənbic şəhərində oranı tərk etmək fürsəti müqabilində silahı yerə qoyublar.

"Report" xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "USA Today" məlumat yayıb.

Mənbənin məlumatına görə, terrorçular ABŞ tərəfindən dəstəklənən "Suriya Demokratik Qüvvələri" qruplaşmasının onları mühasirəyə almasından sonra təslim olublar.

Terrorçular şəhərdə yerli sakinlərdən canlı sipər kimi istifadə etdiklərindən, onların şəhərdən çıxmasına imkan verilməsi barədə qərar qəbul olunub. Şəhəri təqribən 100-200 yaraqlı ABŞ-ın pilotsuz apparatlarının müşayəti ilə tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol