AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Serbiyanın prezidenti Tomislav Nikoliç Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edib. O, bəyan edib ki, ölkəsi həm Rusiya, həm də ABŞ-la bağlıdır.
«Belqrad anti-Rusiya sanksiyalarını yerinə yetirməyəcək - hətta bunu Avropa İttifaqının xarici siyasəti tələb etsə belə. Biz Rusiya ilə də, ABŞ-la da bağlıyıq. Bu ölkələrdə isə çoxsaylı serb icması yaşayır» - deyə, Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bəyan edib.
Nikoliç onu da qeyd edib ki, Serbiya vətəndaşları üçün «Avroittifaqdan yaxşı variant yoxdur». Amma ölkə prezidenti tanınmamış Kosova respublikası ilə beynəlxalq xarakterli sənəd imzalamağa hazır deyil.
Bayden isə öz növbəsində, bəyan edib ki, ABŞ özü ilə Rusiya arasında Serbiyanın seçim edəcəyini gözləmir və avroaryentasiyaya aparan yolda onu dəstəkləyir.


Şərhlər