AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çində ən uzun və hündür şüşə körpü istifadəyə veriləcək. Uzunluğu 400 metrdən artıq olan bu qurğu 300 metr hündürlükdə olan iki qayanı birləşdirəcək.
Gözlənildiyinə görə, körpü 10 dünya rekordu vuracaq. Körpüdə hərəkət avqustun 20-də başlanacaq. Layihənin təşkilatçıları vəd edirlər ki, Çjantszyants milli parkında ucaldılmış bu körpüdən hər gün 8 min insan gözəl mənzərələri seyr edə biləcək.





Şərhlər