“Bakı Metropoliteni” QSC daha üç yeni metrostansiyanın tikintisinə başlayıb. İnkişaf sxeminə uyğun olaraq, yeni stansiyalar Nobel prospektində yerləşəcək (Bakı-Ağ şəhər layihəsinin ərazisində).
“Bakı Metropoliteni” QSC-nin mətbuat rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, Y-14, Y-15, Y-16 şərti adları daşıyan stansiyalar, Xətai və Həzi Aslanov-2 stansiyalarını birləşdirməyi nəzərdə tutub.
“Stansiyaların yerləşdiyi ərazilərdə tikintiyə başlamaq üçün hazırlıq işləri artıq başlayıb.

Şərhlər