Menu

Qalmaqallı səfir Latviyaya göndərildi

18.08.2016, 14:55
Qalmaqallı səfir Latviyaya göndərildi

Litvanın Azərbaycandakı keçmiş səfiri Arturas Jurauskas Latviyaya səfir təyin olunub.

"Report" "Delfi" portalına istinadən xəbər verir ki, səfir etimadnaməsini artıq Latviya prezidenti Raymonds Veyonisə təqdim edib.

Xatırladaq ki, A.Jurauskas buna qədər Çin, Yunanıstan və Azərbaycanda səfir olub. O, Azərbaycandakı diplomatik xidməti zamanı qalmaqala səbəb olmuşdu. Belə ki, səfirin Türkmənistan haqda lüzumsuz sözlər söylədiyini əks etdirən telefon danışığı internetdə yayılmışdı. Bundan sonra A.Jurauskas səfir vəzifəsindən geri çağırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol