Menu

"Brent" markalı neftin qiyməti 51 dollara çatıb

18.08.2016, 23:27
"Brent" markalı neftin qiyməti 51 dollara çatıb

Bu növ neftin qiyməti birjalarda 2,41% bahalaşıb

"Brent" markalı neftin qiyməti bahalaşıb.

"Report" Londonun "ICE" birjasında keçirlən hərracların yekununa əsasən xəbər verir ki, neftin bu növünün oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 2,41% artaraq 51,02 dollara çatıb.

Sonuncu dəfə "Brent"in qiyməti iyulun 23-də bir barelə görə 50 dollara qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol