2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib.
“Report”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. “Bakı-2015” I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.
Bununla da “London-2012”in qalibi olan Şərifov titulunu qorua bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.
***
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov yarımfinala yüksəlib. “Reportun”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz 1/4 finalda da inamlı qələbə qazanıb.
Şərifovun budəfəki rəqibi Polşa təmsilçisi Mateus Baranovski olub. Güləşçimiz ilk hissədə 3, ikinci hissədə 4 xal qazanıb və qarşılaşmanı 7:0 hesabı ilə xeyrinə başa vurub.
Qeyd edək ki, Şərif Şərifovun yarımfinalda rəqibi rusiyalı Abdulrəşid Sadulayev olacaq.
* * *
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Apasport.az saytının xəbərinə görə, Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.
O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparacaq. Yarımfinal yolundakı görüş saat 18:04-də başlayacaq.


Şərhlər