Menu

Ötən gün Araz çayında batan gəncin - Meyiti tapılıb

21.08.2016, 15:56
Ötən gün Araz çayında batan gəncin - Meyiti tapılıb

Xalid Alışovun cəsədi aidiyyəti üzrə təhvil verilib

Avqustun 20-də Araz çayının Saatlı rayonunun Nərimanov kəndi ərazisindən keçən hissəsində batmış gəncin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol