Menu

Roma Papası dindarları Türkiyədə partlayış qurbanlarına dua oxumağa çağırıb

21.08.2016, 18:46

papa_francisk_181013Bu gün Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində “qəddar sui-qəsd” nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.

Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol