Menu

Türkiyədə terror - Ölən və yaralananlar var

22.08.2016, 10:46

pkk-qarabagTürkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti ağırdır.

Məlumata görə, terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın terrorçu zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol