Menu

Tanınmış aktyor qəzada həlak oldu - Türkiyədə

22.08.2016, 11:14
Tanınmış aktyor qəzada həlak oldu - Türkiyədə

46 yaşlı İsrafil Köşə xəstəxanada vəfat edib

Türkiyənin komediya rolları aktyoru İsrafil Köşə vəfat edib.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, motosiklet sürərkən qəzaya düşən aktyor xəstəxanada dünyasını dəyişib.

Belə ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyənin teatr aktyoru olan İsrafil Köşə son illər seriallarda rol alıb.

1970-ci ildə Artvində doğulan aktyor sənət fəaliyyətinə 1987-ci ildə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol