Menu

IMF missiyası Azərbaycana gəlir

22.08.2016, 15:12

imf1Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondu (IMF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək. Bu barədə “Report”a IMF-in Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib: "Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək".

IMF rəsmisi həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını qeyd edib.

“Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) IMF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, - deyə M.əl-Qorçi deyib.

O, həmçinin IMF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol