AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klinton sağlamlığı ilə bağlı yayılan şayiələri təkzib edib.
Keçmiş birinci ledi deyib ki, Donald Tramp seçkiqabağı mübarizənin qızğın çağında onu ləkələməyə çalışır. «ABC» telekanalının əyləncə proqramında çıxış edən Klinton öz nəbzini yoxlamağı aparıcıya təklif edib. Aparıcı isə öz növbəsində, turşu konservi bankasını açmağı ona təklif edib. Klinton bunu edib, amma özünü elə göstərib ki, guya proses ona çətin başa gəlir.
Qeyd edək ki, ötən həftə Donald Tramp öz rəqibini, dünyanın bir çox ölkəsində qadağan olunmuş «İslam dövləti» terrorçu qruplaşmasını darmadığın etmək üçün kifayət qədər mənəvi və fiziki dözümlülüyə sahib olmamaqda məzəmmət etmişdi.

Şərhlər