Menu

Zirzəmidə basdırılan 150 min manat oğurlandı - Bakıda

24.08.2016, 15:53

3pulBakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un məlumatına, görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol