Menu

İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə yüksəlib - YENİLƏNİB

25.08.2016, 10:18
İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə yüksəlib - YENİLƏNİB

İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 247 nəfərə yüksəlib.

APA-nın məlumatına görə, bu barədə "France Press" agentliyinə xilasedicilər bildiriblər.

Bundan əvvəl 159 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı. İtkin düşənlərin dəqiqi sayı isə hələlik məlum deyil.

Xilasetmə işləri bütün gecə boyu davam edib.

* * *

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 159-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 132 nəfərin öldüyü bildirilirdi.

Rəsmi məlumata əsasən, 106 nəfər Rieti əyalətində, 53 nəfər isə Askoli-Piçeno əyalətində təbii fəlakətin qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol