Menu

Rusiya şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

25.08.2016, 09:14
Rusiya şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (RHNA) "Koqalımavia" şirkətinin (Metrojet) 30 istiqamət üzrə uçuş icazəsini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilir.

Dərc olunan sənəddə bildirilir ki, lisenziyanın geri alınması aviadaşıyıcının bir mövsümdən artıq müddət ərzində uçuşlar həyata keçirməməsi ilə əlaqədardır. "Koqalımavia", xüsusilə Qazaxıstan, Azərbaycan və Qırğızıstan istiqamətində uçuşlardan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol