Menu

2-ci qrup əlil qonşusu tərəfindən bıçaqlanıb

25.08.2016, 10:18
2-ci qrup əlil qonşusu tərəfindən bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri Qurtuluş küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 21 yaşlı Məhəmmədəli Kərimli qonşusu Səid Əliyev tərəfindən bıçqlanıb.

S.Əliyev M.Kərimlinin yaşadığı evə gələrək onu çölə çağırıb. Tərəflər mübahisə etdikdən sonra S.Əliyev üzərindəki bıçaqla M.Kərimliyə 7 bıçaq zərbəsi vurub.

Yaralı qonşuları tərəfindən Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olraq qalır.

Hadisəni törədən S.Əliyev artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan M.Kərimli 2-ci qrup əlildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol