Menu

Bələdiyyə sədri və ərinin qətli ilə bağlı məhkəmə davam edib - Şahidlər ifadə veriblər

25.08.2016, 13:14

belediyyeBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Saray bələdiyyəsinin sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. F. Hüseynovun qonşusu Knyaz Hüseynov ifadəsində torpaq almaq üçün qətlə yetirilən bələdiyyə sədrinə 18 min manat verdiyini deyib. O qeyd edib ki, pulu verərkən F. Hüseynov da onun yanında olub. Digər qonşu Hüseyn Hüseynov da torpaq almaq üçün bələdiyyə sədrinə 94 min manat pul verdiyini deyib.

Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin bələdiyyə sədrinin tanışı, 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu müəyyənləşib.

Onu da qeyd edək ki, qətlin motivi hələ də məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol