Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri müəyyənləşib.
"Qəbələ" C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Maynts" (Almaniya) komandalarına rəqib olub.
"Qarabağ" isə "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Slovan" (Liberets, Çexiya) komandaları ilə birgə J qrupuna düşüb.

Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək. Final matçı 2017-ci il mayın 24-də İsveçin Solna şəhərindəki "Friends Arena"da təşkil olunacaq.


Şərhlər