Türkiyədə dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasimi başlayıb.
Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb.
IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq.
Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.
Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi Hulusi Akar, baş nazir Binəli Yıldırım, nazirlər və digər rəsmilər qatılıblar.
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.









Şərhlər