Menu

PKK Kılıçdaroğluna hücumu öz üzərinə götürdü

26.08.2016, 18:28
PKK Kılıçdaroğluna hücumu öz üzərinə götürdü

PKK terror təşkilatı Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun kortejinə silahlı basqını öz üzərinə götürüb.

Bu barədə xəbəri “Reuters” yayıb.

Amma PKK hədəfinin Kılıcdaroğlu yox, hərbi kortej olduğunu bildirib.

Bundan başqa, terror təşkilatı bu gün səhər saatlarında Cizrədə 11 polisin şəhid, 75-i polis olmaqla 78 nəfərin yaralandığı hücumu da öz üzərinə götürüb.(azvision.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol