Menu

Türkiyədə hərbçilərə hücum olub - Yaralılar var

27.08.2016, 18:20
Türkiyədə hərbçilərə hücum olub - Yaralılar var

Türkiyənin Hakkari vilayətinin cənub-şərqində Şəmdinli rayonunda PKK terrorçuları ilə hərbçilər arasında baş verən atışmada 4 hərbçi yaralanıb.

Trend bu barədə Anadolu agentlyinə istinadən xəbər verir.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar helikopterlə Hakkari vilayətinin dövlət xəstəxanasına gətirilib.

Məlumatda qeyd olunur ki, PKK terrorçularının həbs olunması üçün regionda havadan dəstəklə əməliyyata başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol