Menu

Çilingər maşının altında qalaraq öldü - Goranboyda

27.08.2016, 20:00

masin temirGoranboy rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Dəliməmmədli şəhəri ərazisində avtomobil təmiri sexlərinin birində çilingər işləyən Ramiz Həsənov maşın təmir edərək ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhum təmirə dayandırılan maşını kustar üsulla hazırlanan daşların üzərinə çıxardaraq iş görmək istəyib. Bu zaman avtomobil daşların üzərindən 48 yaşlı ustanın üzərinə düşüb. Meyit aidiyyəti qurumlarda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol