Menu

Suriyada Türkiyəyə məxsus tank vurulub - Bir əsgər ölüb

27.08.2016, 22:09
Suriyada Türkiyəyə məxsus tank vurulub - Bir əsgər ölüb

Türkiyə ordusu Cerablus şəhərində raket hücumuna məruz qalıb

Suriyanın şimalında yerləşən Cerablus şəhərində Türkiyə ordusuna məxsus tank vurulub.

"Report" "haberler.com" nəşrinə istinadən xəbər verir ki, raket hücumu nəticəsində bir türk əsgəri şəhid olub, daha 3-ü yaralanıb.

Türkiyə Silahlı Qüvvələri çərşənbə günü Suriyada "Fərat qalxanı" adlı əməliyyata başlayıb.

Raket YPG terrorçularının yerləşdiyi bölgədən atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol