Menu

Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub

29.08.2016, 11:37

BicaqOnun vəziyyəti ağırdır

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1960-cı il təvəllüdlü Şahin Məhəmməd oğlu Səfərov bədəninin müxtəlif yerlərindən 8 bıçaq yarası alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya gətirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Polisi Şöbəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol