Menu

Naxçıvan-Bakı reysinə bilet almağın əzablı yolları

31.08.2016, 21:17
Naxçıvan-Bakı reysinə bilet almağın əzablı yolları

Yeni tədris ilinin başlamasına az qalmış, Naxçıvandan Bakıya gəlmək istəyənlər böyük çətinliklərlə üzləşiblər. Belə ki, aerokassalardan Naxçıvan-Bakı reysinə bilet almaq az qala mümkünsüz bir işə çevrilib.

Kassalarda sentyabr ayının 17-nə dək biletlərin satıldığı bildirilir. Əlavə reyslərə bilet almaq istəyən şəxslər isə səhər saat 6-dan gedib kassaların qarşısında saatlarla növbə tutmalıdır. Bu növbənin sonunda bilet alacağı da sual altında olan vətəndaşlarımız, əlacsız qalıb əzab-əziyyətli Naxçıvan-İran-Bakı marşrutu ilə paytaxta üz tuturlar.

Bəs xarici pasportu olmayanlar nə etməlidir?! Adlarının açıqlanmasını istəməyən Naxçıvan sakinlərinin "AzPolitika.info"ya verdiyi məlumata görə, kassalarda "bilet yoxdur" deyilməsinə baxmayaraq, uçuş zamanı təyyarədə boş yerlərin olduğunu müşahidə ediblər. Bu da müəyyən suallar yaradır. İstisna deyil ki, bilet qıtlığı problemi süni şəkildə kəskinləşdirilir və kimlərsə bundan şəxsi məqsədləri üçün istifadə edir.

Ümid edək ki, aidiyyatı qurumlar, başda AZAL olmaqla, Muxtar Respublika sakinlərinə verdikləri əziyyətə son qoyacaqlar!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol