Menu

Rusiya aviasiyası İŞİD-ə zərbə vurdu - İkinci şəxsini məhv etdi

31.08.2016, 16:46
Rusiya aviasiyası İŞİD-ə zərbə vurdu  -   İkinci şəxsini məhv etdi

Rusiya Su-34 təyyarəsinin Hələb vilayətində aviazərbələri zamanı İŞİD-in ikinci şəxsinin məhv edildiyini açıqlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, aviazərbə zamanı məhv edilən terrorçular arasında İŞİD-in mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani də olub.

Bildirilir ki, o İŞİD-in rəhbəri Əbubəkr Əl-Bağdadidən sonra terror təşkilatında ikinci şəxs hesab edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol