Menu

Türk ordusu Menbicə çatır – Suriya əməliyyatı

01.09.2016, 13:26
Türk ordusu Menbicə çatır – Suriya əməliyyatı

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində Suriyanın Menbic şəhərinə yaxınlaşıb. Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, ordu Menbicin 11 kilometr şimalına çatıb.

PYD qüvvələrinin şəhərdən geri çəkiləcəyi gözlənilir.

Qeyd edək ki, həmin ərazi ötən ay terrorçu İŞİD qruplaşmasından təmizlənib. Fərat çayının şərqində yerləşən həmin rayonu PYD və YPG silahlıları ələ keçirib. Onların Menbiçi tərk etməsi haqda Türkiyə ilə ABŞ-ın razılaşdığına dair xəbər yayılıb.

Xatırladaq ki, ötən gün rəsmi Ankara bu məsələni bir daha ABŞ hakimiyyətinin nəzərinə çatdırıb. Rəsmi Vaşinqton Fəratın şərqinin tezliklə boşalacağını bildirib.

Ötən gün Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın bu məsələyə də toxunub: "Dövlət çevirilişinə cəhddən 6 həftə sonra Türk Silahlı Qüvvələri Türkiyənin sərhədlərinin təhülkəsizliyinin təmin olunması və həmin əraziyə yaxın bölgənin terror ünsürlərindən təmizləmək məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın məqsədi terrorçu İŞİD qruplaşması və terrorçu ünsürlərə qarşı mübarizə və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Türkiyə beynəlxalq hüquqdan istifadə edərək, öz haqqını müdafiə edir. ABŞ rəsmiləri isə vaxtaşırı olaraq, Türkiyə ilə PYD-ni eyni qaba qoymağa çalışırlar. Bunlar qəbuledilməzdir. "Fırat kalkanı" əməliyyatının məqsədini əvvəldən açıqlamışıq.

PYD ilə anlaşmamız müzakirə mövzusu deyil. Bu qruplaşma PKK-nın bir qoludur. Əməliyyatımızın hədəfindən PYD və PKK niyə narahatdır? Məqsəd İŞİD-ə qarşı mübarizədirsə, onda PKK və PYD orada nə iş görür? Fərat çayının şərqinə çəkilməyənədək onlar bizim hədəfimizdə olacaqlar. Bu əməliyyat bitər-bitməz onlar çəkiləcəkdi. Ancaq indi Cerablusa doğru hərəkət ediblər. Bu isə onların bölgəni işğal etməsinə dair bir nümunədir. "Fırat kalkanı" əməliyyatından narahat olanlar müxtəlif fırıldaqla məşğuldur. Onlar Türkiyənin məqsədini təhrif edirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol