Menu

6 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

01.09.2016, 13:44
6 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Mənzil başına çatmaq ümidi ilə evdən çıxdılar, ancaq son mənzilə getdilər. Dəhşətli qəza Sumqayıtda baş verib. İki avtomobilin toqquşması 6 nəfəri həyatından edib.

Ötən gecə Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də ağır yol qəzası baş verib.

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsi ərazisində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi “Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillər toqquşub.

Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Qəza zamanı hər avtomobildə üç nəfər olmaqla ümumilikdə 6 nəfər dünyasını dəyişib.

Onların sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. (Region TV)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol