Menu

Özbəkistanın Nazirlər Kabineti: İslam Kərimovun vəziyyəti kritikdir

02.09.2016, 08:55

Islam Kerimov 101012Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti kritikdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Nazirlər Kabinetinin açıqlamasında bildirilir.

“Çox təəssüflə sizə bildiririk ki, ötən sutka ərzində prezidentimizin səhhəti qəfil pisləşib, həkimlərin fikrincə, onun vəziyyəti kritikdir”, - deyə Özbəkistanın Nazirlər Kabinetinin yerli mətbuatda dərc olunmuş məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol