Menu

FETÖ-yə görə MHP-dən olan keçmiş deputat - Həbs edilib

02.09.2016, 10:21
FETÖ-yə görə MHP-dən olan keçmiş deputat - Həbs edilib

Onunla yanaşı 9 vəkil barəsində həbs qətimkan tədbiri seçilib

Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı keçirilən istintaq çərçivəsində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan keçmiş deputat, vəkil Zeynel Balkız tutulub.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu əməliyyat zamanı ümumilikdə 12 vəkil saxlanılıb. Z.Balkızıla yanaşı 9 vəkil barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Zeynel Balkız 2015-ci il iyunun 7-də MHP-dən millət vəkili seçilmişd. Həmin il noyabrın 1-də keçirilən təkrar seçkidə isə partiyasından namizədliyi irəli sürülməmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol