Menu

Pakistan yeni qırıcı təyyarəsini Bakıda - Təqdim edəcək

02.09.2016, 12:34

qirici_295150074855ADEX-2016 sərgisində Pakistanın müdafiə sənayesi nazirinin iştirakı gözlənilir

Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" hərbi sahədəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya sentyabrın 27-30 keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində (ADEX 2016) iştirak etmək üçün gələcək.

Məlumata görə, Bakıdakı sərgidə Pakistan əsas yeni məhsulunu - Çinlə birgə istehsal olunmuş "JF-17 Thunder" qırıcı təyyarəsini təqdim edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol