Menu

Binəli Yıldırım Özbəkistan prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

02.09.2016, 15:29
Binəli Yıldırım Özbəkistan prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyənin baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Türkiyə televiziya kanallarına müsahibəsində bildirib.

B.Yıldırım Özbəkistan liderinin ölümü haqqında məlumatı haradan aldığını qeyd etməyib.

"Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə Respublikası adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə baş nazir Ankarada Türkiyə hökumətinin iclasında vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol