Menu

Obama Özbəkistan xalqına başsağlığı verib

03.09.2016, 00:01

Barak_Obama_140412_albomABŞ prezidenti Barak Obama prezident İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistan xalqına başsağlığı verib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdən yayılmış bəyanatda bildirilir.

"Birləşmiş Ştatlar İslam Kərimovun vəfatı ilə əlaqədar, belə bir ağır gündə Özbəkistan xalqına dəstəyini ifadə edir"- deyə məlumatda bildirilir.

ABŞ prezidenti xatırladıb ki, Özbəkistanın müstəqilliyinin 25 ili münasibətilə Kərimovu və özbək xalqını təbrik edib. Onun sözlərinə görə, Özbəkistan tarixinin yeni dövrü başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol