Menu

Dəmirdaş hökuməti təhdid etdi - Gərginlik artacaq

05.09.2016, 23:22

demirtas_selahattinİmralıda cəza çəkən Abdullah Öcalandan xəbər ala bilməsək gərginlik daha da artacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş deyib.

“Əgər biz pis niyyətliyiksə, qarşısını alın. Diyarbəkirdə hazırda aclıq aksiyasına başlanılıb. Bu həssas məsələni həll etməsək, İmralıdan xəbər almasaq, gərginlik daha da artacaq. Biz bunun qarşısını almağa çalışırıq”, - Dəmirdaş bildirib.

Qeyd edək ki, Dəmirdaş PKK-nın keçmiş lideri Abdullah Öcalandan uzun müddətdir ki, xəbər ala bilmədiklərini iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol