Menu

Rusiya 15 milyard dollarlıq silah satacaq

07.09.2016, 11:08
Rusiya 15 milyard dollarlıq silah satacaq

Rusiya cari ildə 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un baş direktorunun müavini Sergey Qoreslavski deyib.

O qeyd edib: "Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək".

S.Qoreslavski xatırladıb ki, "Rosoboroneksport" bu il artıq 7 milyard dollar dəyərində silah satıb: "Hər şey plan üzrə gedir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol