Menu

“FETÖ ilə mübarizə Azərbaycan tərəfindən dəstəklənir” - PA nümayəndəsi

07.09.2016, 21:33
“FETÖ ilə mübarizə Azərbaycan tərəfindən dəstəklənir” - PA nümayəndəsi

Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir.

APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.

O bildirib ki, tanklar altına insanların atılması hadisəsinə Azərbaycan xalqı 1990-cı il 20 yanvar hadisəsində şahid olub: "15 iyul gecəsi türk xalqı hakimiyyətinə, dövlətinə sahib çıxdı. Azərbaycanda da o hadisənin hər dəqiqəsini Türkiyə xalqı ilə eyni həyəcanla izləyirdi. Azərbaycan prezidenti dərhal hadisə ilə bağlı qətiyyətli mövqeyini bildirdi, bu hadisəni dövlət çevrilişi adlandırdı. Türkiyə ilə Azərbaycan hər zaman həmrəylik nümayiş etdirir. Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir. Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı göstəriş verilib. Türkiyə kimi Azərbaycan da istənilən terror hadisələrinə qarşı, o cümlədən 15 iyul hadisəsinin sifarişçilərinə qarşı mübarizəni davam etdirəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol